Dünya futbolu

“Fənərbağça”dan ayrıldı, “Əl-Cəzirə” ilə müqavilə bağladı

taliska - Futbolinfo.az

Türkiyənin “Fənərbağça” klubundan ayrılan Anderson Talişka Səudiyyə Ərəbistanının “Əl-Cəzirə” komandasına transfer olunub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Asiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.

2025-ci ildən “Fənərbağça”da çıxış etmiş Talişka, İstanbul kollektivinin heyətində 77 oyunda 44 qol vurub, 7 assist edib.

Shares: