Dünya futbolu

PSJ-dən Luis Enrike ilə yeni müqavilə

luis enrike - Futbolinfo.az

Fransanın PSJ klubu baş məşqçi Luis Enrike ilə müqavilənin müddətinin 2030-cu ilə qədər uzadıldığını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, ispan məşqçi 2023-cü ilin yayından Paris komandasına rəhbərlik edir.

PSJ bu müddətdə Enrikenin rəhbərliyi altında iki dəfə Çempionlar Liqası titulunu (2024/25, 2025/26) və UEFA Super Kubokunu, üç dəfə Fransa çempionluğunu (2023/24, 2024/25, 2025/26) və Fransa Super Kubokunu qazanıb.

PSJ həmçinin iki dəfə Fransa Kubokunun (2023/24, 2024/25) sahibi olub.

Enrikenin parislilərlə əvvəlki müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi. Bundan əvvəl o, İtaliyanın “Roma”, İspaniyanın “Selta” və “Barselona” klublarının, eləcə də İspaniya millisinin baş məşqçisi olub. O, “Barselona”ya iki La Liqa titulunu, üç Kral Kubokunu, bir Çempionlar Liqasını, bir UEFA Super Kubokunu və bir FİFA Klublararası Dünya Kubokunu qazandırıb.

2015-ci ildə ispan məşqçi FİFA tərəfindən “İlin məşqçisi” seçilib. İspaniya milli komandası onun rəhbərliyi altında 2021-ci il Avropa Çempionatında bürünc medal qazanıb.

Shares: