3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası FIBA Qadınlar Seriyasının mövsüm finalına qələbə ilə başlayıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın qrup mərhələsində qarşılaşdığı Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib.
Komanda bu gün müvafiq olaraq saat 14:50-də Niderland, 16:55-də isə Almaniya seçmələri ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan təmsilçisi ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalını ikinci pillədə başa vurub.

