Ölkə futbolu

“Neftçi”nin müdafiəçisi “Şəfa” ilə matçı buraxacaq

elvin bedelov - Futbolinfo.az

“Neftçi”nin Misli Premyer Liqasının 4-cü turunda qarşılaşacağı “Şəfa” ilə matçın hazırlığı yekunlaşıb.

Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.

Müdafiəçi Elvin Bədəlov cəzalı olduğu üçün bu matçda iştirak etməyəcək.

“Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Şəfa” matçı bu gün saat 20:30-də başlayacaq.

Shares: