Digər idman növləri

“Neftçi SOCAR” yarımfinalda uduzdu

MZcU8h5yEeSiNbvNzAXA0uih7Zck12OFMUVqzE2z 1200 - Futbolinfo.az

3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının mövsüm finalında növbəti oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın yarımfinalında Fransa komandası ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 15:13.

“Ağ-qaralar” daha əvvəl 1/4 finalda Monqolustanın “Ulan-Bator Amazons” kollektivinə qalib gəlmişdi – 21:18.

Xatırladaq ki, “Neftçi SOCAR” ötən gün A qrupunda Fransa seçməsini 17:15, Almaniyanı 16:11 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub – 12:22.

Shares: