Digər idman növləri

ACF-nin təşkilatçılığı ilə I dan dərəcəsi üzrə imtahan keçiriləcək

I dan dərəcəsi
Səs süni intellektlə yaradılıb.

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə I dan dərəcəsi üzrə seminar və imtahan keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, tədbir sentyabrın 21-25-i aralığında təşkil olunacaq.

Seminar və imtahan cüdo məşqçiləri üçün açıqdır. Namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdır.

Bu seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir. Əsas məqsəd dan sistemi üzrə məşqçilərin bacarıqlarını inkişaf etdirmək və qiymətləndirməkdir.

Shares: