“Sabah” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu tarixi görüşündə İngiltərə nəhəngi “Mançester Yunayted”lə qarşılaşacaq.
Valdas Dambrauskasın komandası bu rəqibi ilə səfərdə üz-üzə gələcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Qeyd edək ki, bu oyunu fransalı hakimlər idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Villi Delajo olacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
10 sentyabr
Mançester Yunayted – Sabah 0:0 (1-ci hissə)
Baş hakim: Villi Delajo (Fransa).
“Old Trafford” stadionu.
Mançester Yunayted: 1. Senne Lammens, 3. Nusser Mazravi, 6. Lisandro Martines, 8. Bruno Fernandes, 10. Mateus Kunya, 13. Patrik Dorgu, 15. Leni Yoro, 18. Yuri Tilemans, 19. Brayan Mbeumo, 30. Benjamin Şeşko, 37. Kobbi Maynu.
Ehtiyat oyunçular: 12. Karl Darlou, 45. Dermot Mi, 2. Diqo Dalot, 5. Harri Maquayr, 7. Meyson Maunt, 9. Markus Reşford, 11. Coşua Zirksi, 17. Andre Santos, 26. Ayden Hiven, 31. Şey Leysi, 39. Tayler Fletçer, 41. Harri Amas.
Baş məşqçi: Maykl Karrik.
Sabah: 92. Stas Pokatilov, 4. Aden Makkarti, 5. Rəhman Daşdamirov, 7. Umarali Rəhmonəliyev, 8. Kristian Nvaxukvu, 11. Kahim Parriz, 13. İvan Lepiniça, 20. Joy-Lans Mikels, 21. Velko Simiç, 27. Timoş Puxaç, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Ravan Mirzəmmədov, 6. Abdulla Xaybulayev, 10. Aleksey İsaye, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 33. Erivaldo Almeyda, 37. Du Keyroz, 88. Rodriqo Fernandes, 89. Cəfər Muxtarov, 99. Orfe Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.

