Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə İspaniyanın “Atletiko” klubunun qonağı olacaq.

Futbolinfo.az xəbər verir ki, oyundan bir neçə saat öncə Madrid klubunun rəhbərliyi Ağdam təmsilçisinin şərəfinə ziyafət verib. Bu barədə “Atletiko”nun rəsmi saytı məlumat yayıb.

Madriddəki “Kapitan Alatriste” restoranında təşkil olunmuş məclisdə hər iki klubun rəsmiləri və digər qonaqlar iştirak ediblər. Ziyafətdə “Atletiko”nu klub prezidenti Enrike Serezo, vitse-prezident Antonio Alonso, eləcə də klubun digər rəsmiləri – Oskar Gil, Alvaro Gil, Migel Perez, həmçinin azərbaycanlı tərcüməçi Elmir Mirzəyev təmsil edib. “Qarabağ”dan isə klubun prezidenti Tahir Gözəl, gürcü qonaq Nikolas Natbiladze, Franko Luis Enrike, klubun direktoru Əmrah Çəlikəl və baş menecer Asif Əsgərov ziyafətə qatılanlar arasında olub.

Shares: