Dünya futbolu
A Seriyasında yeni mövsümün təqvimi açıqlandı
Futbol üzrə İtaliya A Seriyasında 2020/21 mövsümünün təqvimi açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
A Seriyasında yeni mövsümə sentyabrın 20-də start veriləcək.
Son çempion “Yuventus” ilk turda “Sampdoriya”nı qəbul edəcək. “İnter” “Benevento”, “Milan” isə “Bolonya” ilə qarşılaşacaq.
Turun mərkəzi görüşü paytaxt Romada keçiriləcək. Son mövsümün sürpriz komandalarından olan “Atalanta”, ilk turda səfərdə “Latsio”nun qonağı olacaq.
Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçiriləcək.
İtaliya A Seriyası
1-ci tur
Benevento – İnter
Fiorentina – Torino
Cenoa – Krotone
Yuventus – Sampdoriya
Milan – Bolonya
Latsio – Atalanta
Parma – Napoli
Sassuolo – Kalyari
Udineze – Spetsiya
Verona – Roma
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Digər idman növləri2024-04-30 23:44
“Xırdalan” pley-offa qələbə ilə başladı