Dünya futbolu
Abdullayevin komandasından ardıcıl üçüncü məğlubiyyət
Futbol üzrə Kipr çempionatında 3-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Anortosis”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Araz da bu görüşün iştirakçısı olub. O, sabiq komandası ilə oyunda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Keçirdiyi bütün oyunlardan məğlubiyyətlə ayrılan “Etnikos” 3 turdan sonra xalsızdır və 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Xatırladaq ki, Araz Abdullayev 2017/18 mövsümündə məhz “Anortosis”də forma geyinib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?