Digər idman növləri
ABŞ yoldaşlıq oyununda qalib gəldi
Basketbol üzrə ABŞ və Puerto-Riko komandaları 2023-cü il dünya çempionatı öncəsi yoldaşlıq oyunu keçirib. Görüşdə amerikalılar rəqiblərindən aşkar üstün olublar. Onlar Puerto-Rikoya 117:74 hesabı ilə qalib gəliblər.
ABŞ millisinin heyətində Entoni Edvards və Kemeron Conson 15 xal toplamaqla məhsuldarlıqları ilə diqqət çəkiblər. Oyunu izləyənlər arasında məşhur basketbolçular Kevin Dürant və Dreymond Qrin də olub.
Dünya çempionatına hazırlaşmaq məqədilə ABŞ komandası Las-Veqasdakı Nevada Universitetinin düşərgəsində təlim-məşq toplanışı keçirir.
Xatırladaq ki, 2023-cü il dünya çempionatına İndoneziya, Yaponiya və Filippin ev sahibliyi edəcək. Yarışlar avqustun 25-dən sentyabrın 10-dək keçiriləcək. 32 komandanın iştirak edəcəyi turnirdə 92 qarşılaşma baş tutacaq. İspaniya milli komandası hazırkı dünya çempionudur. Ötən mundialın finalında onlar argentinalıları məğlub etmişdilər (95:75).
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza