Digər idman növləri
AÇ: Azərbaycan boksçusu yarımfinalda
Azərbaycan boksçusu Marjona Savriyeva Avropa çempionatının yarımfinalına yüksəlib.
Futbolinfo.az xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan idmançı Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən qitə birinciliyində buna nail olub.
O, 1/4 finalda İrina Vinaradavanı (Belarus) məğlub edib. Savriyeva 3:0 (30:26, 28:28, 30:26, 30:26, 28:28) hesabı ilə qələbə qazanıb. Marjona yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.
Boksçumuz finala gedən yolda rusiyalı Arina Vostrikova ilə döyüşəcək. Görüş noyabrın 17-də olacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”