Digər idman növləri
AÇ: Azərbaycan millisi finala yüksəldi
Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda Azərbaycan millisi Gürcüstan yığmasına qarşı yarımfinal oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-16 qız yığması yarımfinal oyununda hesabda geri düşməsinə baxmayaraq, sonuncu dövrədə geridönüş edərək yekunda Gürcüstan millisinə 74:72 hesabı ilə qalib gəlib.
Bununla da bütün oyunları qalib tamamlayan U-16 millimiz Avropa çempionatının finalına vəsiqə qazanıb. Finalda millinin rəqibi Andorra seçməsi olacaq.
Oyun bu gün Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq və FIBA-nın rəsmi “Youtube” hesabından canlı yayımlanacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”