Dünya futbolu
Adebayor yeni klubunun adını açıqladı
“Real” və “Mançester Siti”nin sabiq futbolçusu Emmanuel Adebayorun yeni iş yeri məlum olub.
Futbolinfo.az xəbər verir ki, 35 yaşlı hücumçu karyerasını Paraqvayda davam etdirəcək.
Toqolu hücumçu “Olimpiya” klubuna transfer olunub. Bu barədə Adebayor özü məlumat yayıb. Sosial şəbəkə hesabında video paylaşan hücumçu, “Olimpiya” klubuna keçdiyini bildirib.
Paraqvay təmsilçisinin prezidenti də Adebayorun keçidini təsdiqləyib.
Toqolu hücumçunun təqdimatı sabah olacaq.
Karyerası ərzində “Arsenal”, “Real”, “Mançester Siti”, “Tottenhem” kimi klublarda forma geyinən Adebayor, son olaraq Türkiyədə “Kayserispor”un şərəfini qoruyub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib