Milli komanda
AFFA “Beşiktaş”ın keçmiş baş məşqçisindən cavab gözləyir
Son olaraq “Beşiktaş”ı çalışdıran Abdullah Avcı Azərbaycan milli komandasında baş məşqçilik edə bilər.
Futbolinfo.az xəbər verir ki, AFFA nümayəndələri türkiyəli mütəxəssislə görüş keçirib.
AFFA rəsmiləri 57 yaşlı məşqçini Azərbaycan yığmasının “sükanı arxasına” gətirməkdə israrlı olduqlarını ona çatdırıblar. Lakin Avcı onların təklifinə konkret cavab verməyib. O, yaxın günlərdə qərarını açıqlayacağını deyib. (Apasport)
Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərdən olan Oleq Kononov Latviyanın “Riqa”, Luici Di Byaco isə İtaliyanın SPAL klubuna baş məşqçi təyin olunub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub