Bizi izləyin

Milli komanda

AFFA-nın yeni nağılı: qonşudan gələn aşla qarın doymaz

blank

Yığma komandalarda növbəti milliləşmə dalğasına hazırlaşan AFFA problemlə üzləşib. Ölkə xaricində çıxış edən həmyerlilərimizi milli komandaya qatmağa çalışan qurum, arzusuna çata bilmir. İnşallah, çatmaz da. Çünki onlardan xeyir gəlməyəcəyinə əminəm, pulumuza, zamanımıza və ümidlərimizə heyifdi.

Uşaq futbolundakı sistemsizlik, səriştəsiz idarəçilik üzündən yeni nəsil yetişmir. AFFA, klublar yalnız say düzəltməklə məşğuldu, illər boşa verilib, indi isə milli komandada oynamağa layiqli namizədlər tapılmır. Assosiasiya günahlarını pərdələmək üçün ölkə xaricinə üz tutub.

Vaxtilə dağıstanlıları, türkiyəliləri, ukraynalıları, rusları, iranlıları, hətta braziliyalıları, nigeriyalıları müxtəlif yollarla millimizə calaq edən AFFA onlardan xeyir görmədi. Daha sonra Azərbaycana qondarma tellərlə bağlılığı olan anqolalı Eddi İsrafilov, qazaxıstanlı Dmitri Nazarov və başqaları böyük pullar qarşılığında yığmamızda oynadıldı.

Artıq bu oyunçuların vaxtı bitib, faydasız olduqları isbatlanıb. Və AFFA “gəncləşmə” bəhanəsi ilə zaman udmağa cəhd edir, yeni adlarla fikir yayındırır. Halbuki adı sıyahıda olan, danışıqlar aparıldığı bəh-bəhlə qeyd edilənlər hətta Premyer Liqa klublarımızı gücləndirmək iqtidarında deyil.

AFFA illər ərzində özünü elə təqdim edib ki, hamı bu quruma pul dağarcağı gözü ilə baxır. Əksəriyyət millimizin durumunu görüb, onun formasını geymək istəmir, gələnlər isə sərvət tələb edir.

Məsələn, Kamran Əliyevlə danışıqlar dalana dirənib. “Ximki”nin oyunçusu AFFA-dan 200 min dollar tələb edir (sportinfo.az). Hazırkı klubunda heyətə düşə bilməyən, bununla belə, Rusiyadakı perspektivini nəzərə alan gənc millimizdə forma geymək müqabilində varlanmaq niyyətindədi. O, yığmamızda oynadıqdan sonra yaşadığı ölkədə legioner sayılacağını, heyətə düşməsinin bir qədər də çətinləşəcəyini anlayır, bu üzdən karyerasını “sığortalayır”.

Maraqlıdı ki, Kamran Rusiyadan kənara çıxmaq da istəmir. AFFA digər bir ölkədə karyerasını davam etdirməsinə yardımçı olacağını vəd edir, o isə bununla da razılaşmır. Yəqin Emin Mahmudov, Ramil Şeydayev kimi futbolçuların acı təcrübəsindən xəbərdardı və Riad Rəfiyevin tapacağı klubların yalnız vasitəçilərin işinə yarayacağını, özünün isə futbolçu kimi məhv olacağının fərqindədi.

Kamran və onun kimi digər gənclərə böyük pullar xərcləmək lazım deyil. Rüfət və Renat Dadaşov qardaşları həqiqətən istedad sahibi olsaydı, kiçik yaşlarında Almaniya millisinə düşdükdən sonra Azərbaycanı seçməzdilər, buna almanlar da imkan verməzdi. Müəyyən yaş həddinə çatdıqdan sonra onların hansı səviyyəyə sahib olduqları aydınlaşdı, karyeralarındakı yüksəliş bitdi. Belədə AFFA rəsmilərinin səriştəsizliyi üzündən perspektiv vəd etməyən qardaşlara 1,5 milyon avro ödəndi. Və onlar illərdi millimizdədi, nə düz-əməlli Avropa klubunda oynayırlar, nə də yığmaya xeyir verirlər.

AFFA acı təcrübəsini xatırlayıb, xaricdə yaşayan həmyerlilərimizə pul ödəməməlidi. Öz qazancları, faizləri naminə buna şirnikləşsələr də, assosiasiyanın əsas sponsoru SOCAR, bu qurumun yeni yaradılan Müşahidə Şurası izafi xərclərə imkan yaratmamalıdı. Adı millimizlə yanaşı çəkilən digər oyunçuları – Anatoli Niruyev və Rüstəm Əhmədzadəni araşdırmışıq, heç biri yüksək istedad sahibi deyil, ani qığılcımdı, hansısa sıradan xarici klubda – adı əksəriyyətə tanış olmayan “Minay”da oynamaları yığmamıza gətirilmələri üçün əsas ola bilməz. 6 yaşlı “Minay” həvəskar klub olub, hansısa biznesmenin bahalı oyuncağıdı və tezliklə tarixin yaddaşına köçəcək. Belə klublara, onların üzvlərinə ümid olmamalıyıq.

Hansısa sıradan futbolçu üçün yüzminlər xərcləməkdənsə, həmin vəsaiti uşaq futboluna yönəltmək, yeni akademiyalar tikmək, məşqçi-müəllimlərin hazırlığına, təhsillərinə diqqət etmək lazımdı. Uşaq komandalarını xarici toplanışlara, məşqçiləri kurslara, seminarlara göndərmək, təbii inkişafa nail olmaq vacibdi. 14 ildi süni inkişaf nağıllarıyla aldadılmışıq və bu gün milli komandada oynatmağa hətta yetərli sayda futbolçu tapılmır.

Yeri gəlmişkən, Kamranı və başqalarını AFFA-dan pul istəməsinə görə qınamıram. Kiminsə vətənpərvərlik damarı tutmasın, milli komanda Elxan Məmmədov və dəstəsinin sayəsində elə səviyyəyə endirilib ki, indi orada oynamağı kimsə özünə şərəf bilmir. Pula gəlincə, niyə anqolalı Eddi İsrafilov üçün büdcədən 1 milyon avro çıxarılır, Kamrana çatanda mümkün olmur? Dmitri Nazarov, Usim Nduka, Ernani Pereyra, Andre Ladaqa və başqaları pul qazana bilər, əsl azərbaycanlı balası yox? Millini supermarket modelinə Elxan Məmmədov çevirib, fəsadlarına qatlaşmalıdı.

Ən doğrusu, belə oyunçuları ümumiyyətlə, axtarmamaqdı. Ölkədə sistemli işlər görmək, istedadları üzə çıxarmaq, yetişdirmək lazımdı. Qonşudan gələn aşla qarın doymaz.

AĞA

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm