Ölkə futbolu
AFFA rəsmisi Trabzonda səfərdə olub
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov 14-15 iyul tarixlərində UEFA-nın Matç Direktoru qismində Türkiyənin Trabzon şəhərində səfərdə olub.
Futbolinfo.az xəbər verir ki, UEFA tərəfindən ezam olunan Elçin Məmmədov səfər çərçivəsində ötən mövsüm Türkiyə çempionu olmuş “Trabzonspor” klubunun ev oyunlarını keçirdiyi “Şenol Güneş Spor Kompleksi” stadionunun 2022/23-cü illər UEFA yarışlarına hazırlıq səviyyəsi ilə tanış olub.
Həmiçinin, səfər zamanı, klubun nümayəndələri ilə görüşdə yeni mövsümdə tətbiq olunacaq qaydalarda ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər müzakirə olunub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir