Bizi izləyin

Ölkə futbolu

AFFA üçün təbliğat imkanı – top Elxan Məmmədovdadı

blank

Şanlı ordumuz işğal altındakı torpaqlarımızı azad etməyə davam edir. Hər gün hansısa kəndin, şəhərin, yüksəkliyin və digər strateji məntəqələrin düşməndən təmizlənməsi haqda xəbər alırıq.

Siqyasi meydanda da uğurlarımız sıralanır. Dövlət rəhbərliyi haqqımızı beynəlxalq arenada arayır və hətta qərəzli tərəfləri susdurmağı bacarır, onları bizimlə hesablaşmağa məcbur edir. Düşünülmüş, davamlı siyasi gedişlərlə bizi təzyiq altında saxlamağa çalışan bütün tərəflər neytrallaşdırılıb. Hamı haqq davasında olduğumuzu qəbul etməyə başlayıb, dəstək verənlər bir yana, indiyədək bizə qarşı olanların da ən azı neytral mövqe tutmasını mümkünləşdirmişik.

Hamı gücü çatdığı qədər iş görməyə, addımlar atmağa çalışır. Xalqla dövlətin birliyinin nəticəsi bütün sahələrdə hiss olunur, təxribat meyllərinin qarşısı alınır, hamının diqqətinin orduya yönəlməsinə nail olunur. Əsgərlərimizə hərtərəfli dəstək var və onlar da inamı doğruldur, canları, qanları ilə müqəddəs missiyanı qələbəylə yekunlaşdırmaq üzrədilər.

Futbol ictimaiyyəti proseslərdən geri qalmamağa çalışır. Ön cəbhədə döyüşən “Qəbələ” nin prezidenti Fariz Nəcəfov, müxtəlif yardım aksiyalarına qoşulan digər klub rəsmiləri, mühüm açıqlamaları ilə diqqət çəkən xeyli futbolçu var. Hətta bəzi klubların indiki və sabiq legionerləri də haqq işimizə dəstək nümayiş etdirir, açıqlamalarında həqiqətləri söyləyir, sosial şəbəkə hesablarında müxtəlif paylaşımlarla töhfə verirlər.

Təəssüf ki, bu baxımdan daha çox iş görməli olan AFFA sakit dayanmağı lazım bilir. Bir-iki yalançı “yazışma xəbərləri” istisna olmaqla, onların fəaliyyətləri barədə ciddi fakt görmürük. Hətta milyonlar hesabına yığma komandalarımıza cəlb olunmuş milliləşdirilmiş futbolçuları çıxış etdikləri ölkələrdə açıqlama vermir, Qarabağ həqiqətlərini dünyaya çatdırmır, təbliğata qatılmırlar. Onların diaspor təşkilatlarımızın təşkil etdiyi yürüşlərə, aksiyalara qoşulmaması, yalnız öz qazanclarını, karyeralarını düşünmələri də təəssüf doğurur. Halbuki erməni futbolçular Henrix Mxitaryanın timsalında fərqli fəaliyyətlə məşğuldu, çıxış etdiyi klubun yardımına belə nail olub.

Başqa vaxt Rusiya ilə əlaqələrini gözə soxan Kazbek Tuayev, Gürcüstanda biznes layihələrinə rəhbərlik edən Mahir Məmmədov və başqa İcraiyyə Komitəsi üzvləri gizlənib. İK üzvü olan sabiq xarici işlər naziri Elmar Məmmədyarov isə hətta siyasi şərhlərini də əsirgəyir, görünür, problemin bu qədər uzanmasında öz günahını bildiyi üçün üzə çıxmamağı lazım bilir.

Anlayırıq, AFFA rəhbərliyinin bəhanəsi var, FIFA və UEFA-nın siyasətə qarışmamaq tələbinə uyğun olaraq bəyanatlardan çəkindiklərini deyəcəklər. Lakin illərdi heç bir iş görmədən kreslo isidib, milyonlar qazananlar ən azı vətəndaş mövqeyi sərgiləyə, proseslərə Azərbaycan vətəndaşı kimi münasibət bildirə bilərlər. Etmirlər!

AFFA-nın bəhanəsinə son qoymaq üçün quruma təklifimiz var. Yəqin ki, bunu etsələr, həm beynəlxalq təşkilatlardan qınaq eşitməzlər (əksinə, sülhə çağırış jesti kimi onların addımı alqışlanar), həm də Vətən savaşında dünya ictimaiyyətini bilgiləndirmək baxımından iş görmüş olarlar.

Ali Baş Komandan İlham Əliyev gələcəkdə Qarabağda ermənilərlə birgə yaşamağımızın mümkün olduğunu dilə gətirir, nümunə göstərir, siyasi təzyiqlərə, böhtan kampaniyasına, düşmənin qarayaxmalarına humanist addımlarla cavab verir. Cənab prezident tamamilə haqlıdı, bizim heç kimlə problemimiz yoxdur, torpaqlarımızı azad etmək istəyirik və hətta düşmənlə də bir yerdə yaşamağa hazırıq. Bir şərtlə ki, onlar ərazi bütövlüyümüzü qəbul etməli, bizimlə eyni şərtlər altında yaşamalı, çalışmalıdı.

Günlərdi mətbuat prezidentin dediklərinin həqiqiliyini göstərmək üçün ölkəmizdə yaşayan ermənilərdən açıqlamalar alır, müsahibələr yayımlayır. Bizimlə birgə yaşamasına şərait yaratdığımız 30 minlik Azərbaycan ermənisi də deyilənləri təsdiqləyir, hətta müharibəyə rəğmən, indiyədək hər hansı ayrıseçkiliklə üzləşmədiklərini etiraf edir. Bakıda, Gəncədə, Tovuzda bizlərdən biri kimi ömür sürən ermənilərin onlarca açıqlamasını oxumuşuq, izləmişik.

Erməniləri sülhəməcburetmə əməliyyatları davam edərkən həm də bu təbliğatla düşmənin bəhanələrini kəsməliyik. AFFA həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, sülhsevər xalq olduğumuzu isbatlamaq üçün unikal şansa malikdi.

Əksəriyyətə bəllidi ki, ailəsində erməni olan, bu xalqla qohumluq bağları quran xeyli futbol adamımız var. Onlar arasında çox önəmli postlar tutanlar, illərdi heç bir problem yaşamadan bu təsərrüfatda çalışanlar, milli komandamızda işləmiş və oynamışlar da var. Bu gün həmin insanlar efirə çıxmalı, mətbuatda görünməli və sadəcə, həqiqətləri deməlidilər. Onların yalançı təbliğatı lazım deyil, reallığı dilə gətirmələri kifayətdi. Anası, nənəsi, özünün və qardaşının həyat yoldaşı erməni olmasına baxmayaraq, heç bir əngəllə rastlaşmadan hətta ən yüksək postlara layiq bilinmələrini, xoşbəxt, şad-xürrəm yaşamalarını, çalışdıqlarını bəyan etməlidilər. Qoy, dünya ictimaiyyəti, elə ermənilər də görsün ki, biz düşmənçilik aparmırıq, monoetnik ölkə olan Ermənistandan fərqli olaraq, milliyyət seçmi etmədən bacarıqlıları ən başda əyləşdiririk.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov onların siyahısını dəqiq bilir, əksəriyyəti ilə hər gün oturub-durur. Zəhmət olmasa, öz eyiblərinizi örtmək üçün sizə lazım olanda danışdırtdığınız bu adamları yenə səhnəyə çıxarın. Qoy, bu dəfə Vətənimiz, ali məqsədlərimiz üçün həqiqətləri desinlər. Bunu siz etməsəz, müharibədən sonra biz edəcəyik. Amma o zaman onları satqın, vətən xaini kimi təqdim etməli olacağıq. Elxan bəy, ötürməni etdik, top sizdədi…

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm