Ölkə futbolu
AFFA VAR-a görə FİFA ilə müzakirələrə başlayır
Azərbaycanda VAR (video-köməkçi hakim) sisteminin tətbiq olunması ilə bağlı ilkin prosesə müvafiq protokollara uyğun olaraq start verilib.
Futbolinfo.az xəbər verir ki, qarşıdakı günlərdə bununla əlaqədar FİFA ilə videokonfrans formatında görüş keçiriləcək və mövcud vəziyyət, həmçinin həyata keçiriləcək işlər müzakirə olunacaq.
VAR sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilməsi barədə AFFA İcraiyyə Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin koronavirus pandemiyası ilə əlaqədar proses bir müddət təxirə salınmışdı.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”