Dünya futbolu
Albayrak Bakıdan qələbəylə qayıdacaqlarını gözləyir
Türkiyə Super Liqasının I turunda “Qaziantep” üzərində 3:1 hesablı qələbə qazanan “Qalatasaray” Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyunun hazırlıqlarına başlayıb. İstanbul nəhəngi Florya Mətin Oktay bazasında dünən bir məşq keçib.
“Qaziantep”lə qarşılaşmada iştirak edən futbolçular bərpa hazırlığı ilə kifayətləniblər. Digər oyunçular isə normal məşq və sonda ikitərəfli oyun keçirib. Bu gün istirahət edəcək “sarı-qırmızılılar” sabahdan “Neftçi” ilə oyunun hazırlıqlarını davam etdirəcək.
Baş məşqçi Fatih Terim Bakıya 23 futbolçu gətirəcək. İstanbul təmsilçisi matçdan 1 gün əvvəl ölkəmizə gələcək. Sentyabrın 17-də keçiriləcək “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da start götürəcək.
Bu arada “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak son matçı dəyərləndirib: “Yaxşı oyun oldu. Daha böyük fərqlə qələbə qazana bilərdik”.
66 yaşlı funksioner Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”yə qarşı matç barədə qısa danışıb: “Etdiyimiz transferlərin nə qədər yerində olduğunu bütün Türkiyə gördü. Eyni əzm və istəklə yolumuza davam edəcəyik. Bakıdan yaxşı nəticə ilə Türkiyəyə qayıdacağımızı arzulayır və gözləyirəm”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-15 11:29
“Qarabağ”ın seriyası qırıldı, avrokubok mübarizəsi qızışdı
- Müsahibə2024-04-15 16:20
“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”