Dünya futbolu
Alleqri İskonu istəyir
“Sevilya” ilə müqaviləsini pozan İsko il ərzində 3-cü klubun düşərgəsində görünə bilər. Amma çox güman ki, yeni klubu müəyyənləşəcəksə də, transferi yanvarda rəsmiləşəcək.
Futbolinfo.az xəbər verir ki, ispan yarımmüdafiəçi ilə İtaliya klubu maraqlanır. Yayda “Real”dan azad agent kimi ayrılan, rəhbərliklə problemləri üzündən müqavilə bağladığı “Sevilya” ilə anlaşmanı 6 ay bitməmiş qarşılıqlı razılıqla pozan İsko “Yuventus”un hədəfindədir. Turinlilərin baş məşqçisi Maksimiliano Alleqri oyun tərzinə heyran olduğu yarımmüdafiəçini transfer etmələrini rəhbərlikdən istəyib. Hazırda klub rəsmiləri İskonu heyətə qatmaq üçün hansı futbolçudan imtina etmələri gərəkdiyini düşünürlər.
İskonu bir sıra ispan klubları, o cümlədən İngiltərə təmslçisi “Vulverhempton” da düşərgəsinə gətirməyə çalışır.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”