Dünya futbolu
Almaniya millisinin sabiq üzvü La Liqa klubunda
Almaniya milli komandasının sabiq futbolçusu Şkodran Mustafinin yeni ünvanı məlum olub.
Futbolinfo.az xəbər verir ki, 29 yaşlı müdafiəçi İspaniyanın “Levante” klubuna keçib. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mustafi ilə 2 illik müqavilə imzalanıb.
Almaniya yığmasında 20 oyuna çıxan müdafiəçi, daha əvvəl İspaniyada “Valensiya”, İngiltərədə “Arsenal”, İtaliyada “Sampdoriya”, Almaniyada “Hamburq” və “Şalke” kimi klublarda çıxış edib.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”