Ölkə futbolu
Almeyda “Turan Tovuz”da
“Turan Tovuz”un da öz Almeydası olacaq. Qərb təmsilçisi Gürcüstanda tapdığı braziliyalı futbolçunu transfer edə bilsə, bu mövsüm ilk cənubi amerikalı oyunçusuna qovuşacaq.
Futbolinfo.az xəbər verir ki, hazırda Gürcüstanda təlim-məşq toplanışında olan “Turan Tovuz”, 5 ildi bu ölkənin müxtəlif klublarında oynayan Jeferson Ceraldo de Almeydanı (Jefinyo) heyətinə qatmağa çalışır. Son olaraq “Samqurali”də 20 oyuna 4 qol vuran cənubi amerikalı, qısa müddət Kiprdə çıxış etsə də, daha çox vətənində oynayıb.
Hazırda cinah yarımmüdafiəçisi ilə danışıqlar gedir və onun Tovuza köçmək ehtimalı böyükdü.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…