Digər idman növləri
Alperensiz “Hyuston Rokets”in ardıcıl 7-ci qələbəsi
MBA-da bu gecə müntəzəm çempionatın 7 oyunu baş tutub.
“Sakramento Kinqs” Vaşinqton səfərində məğlubiyyətlə üzləşib – 101:109. Litvalı basketbolçu Domantas Sabonisin dabl-dablı da Sakramento komandasına yardım etməyib.
Bostondakı məğlubiyyətdən sonra doğma arenaya dönən “Miluoi Baks” Yannis Antetokumbonun da parketə çıxması sayəsində qələbə qazanıb. Yunan basketbolçu 21 xal toplayıb. Demian Lillardın aktivində isə 30 xal var. “Bruklin Nets”in heyətində Bridjes 24 xal toplayıb.
Zədəli Alperen Şengünün yoxluğunda Hyuston komandası daha bir qələbə qazanıb. “Rokets” bu dəfə evdə “Çikaqo Buls”u məğlub edib – 127:117.
Həm “Maveriks”, həm də “Naggets” bu gecə qalib gəlib. Luka Donçiç 35 xal, 9 ribaund, 8 asistlə oynadığı halda, Nikola Yokiç tripl-dabl edə bilib. Serb basketbolçunun aktivində 30 xal, 14 ribaund və 11 asist var.
“Finiks Sans” isə evdə Atlanta komandasını məğlubiyyətə uğradıb – 128:115. Devin Buker görüşü 30 xalla tamamlayıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”