Dünya futbolu
Amerikanın “super”i Ekvador klubu oldu
Cənubi Amerika Superkubokunun qalibi müəyənləşib.
Futbolinfo.az xəbər verir ki, həlledici oyunda Braziliyanın “Flamenqo” və Ekvadorun “İndependiente del Valye” komandaları üz-üzə gəliblər.
Fevralın 22-də keçirilmiş ilk final matçında “İndependiente del Valye” doğma meydanda 1:0 hesabıyla qalib gəlmişdi. Bu gün baş tutan cavab görüşünün əsas vaxtı da Braziliya təmsilçisinin qələbəsiylə bitib.
Əlavə vaxtda başqa qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq (5:4) yerinə yetirən “İndependiente del Valye” tarixində ilk dəfə bu turnirin qalibi olub.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”