Dünya futbolu
Ançelotti: “Gələn mövsüm kubok qazanmaq üçün Madriddə olacağam”
Karlo Ançelotti “Real”dan ayrılmayacaq. Bu barədə italiyalı mütəxəssis dünən keçirdiyi mətbuat konfransında bildirib.
Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının cavab yarımfinal matçında “Mançester Siti”yə 0:4 hesablı məğlubiyyətə baxmayaraq, Ançelotti istefa vermək fikrində deyil: “Kimsə məndən şübhə etmir. Klub prezidenti iki həftə öncə bu barədə açıq danışdı. Gələn mövsüm komandanı daha yaxşı vəziyyətə gətirəcəyik. Və mən də daha bir ÇL kuboku qazanmaq üçün Madriddə olacağam”.
Xatırladaq ki, Ançelottinin bu yay “Real”dan ayrılacağı, Braziliya millisinin baş məşqçi postuna təyinat alacağı ilə bağlı xəbərlər dolaşır.
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Digər idman növləri2024-04-30 23:44
“Xırdalan” pley-offa qələbə ilə başladı