Dünya futbolu
Ançelotti nəticədən razıdır
“Matç maraqlı keçdi. İlk hissədə bizim üçün çətin idi, ikinci hissə daha yaxşı alındı. Oyunun gedişinə nəzarət edirdik”. Bu sözləri “Real”ın baş məşqçisi Karlo Ançelotti deyib.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis Çempionlar Liqasının yarımfinalında evdə “Mançester Siti” ilə heç-heçə (1:1) etdikləri görüşdən sonra mətbuat konfransında danışıb: “Onlar topa çox sahib olanda müdafiədə hər şeyə nəzarət edirdik, amma topla oynamağa başlayanda çətinlik çəkirdik. İlk növbədə müdafiədə diqqətli oynamalı idik, fürsət düşən kimi ilk qolu vurduq. Bu, əla zərbə, fantastik an idi. Komanda yaxşı oynadı. Qələbə qazanmağa layiq idik. Futbolçularımdan razıyam”.
Etirazlarına görə sarı vərəqə alan Ançelotti ingilislərin cavab qolundan öncə topun autdan çıxdığını, eyni zamanda hakimin rəqib qapısına penalti təyin etməməsini qabardıb. Bununla belə, mütəxəssis cavab görüşü öncəsi yaxşı əhval-ruhiyyədə olduqlarını söyləyib: “Rüdiger Haalanda qarşı yaxşı oynadı. Oyun yaxşı keçdi, biz xoşbəxtik. Cavab matçı öncəsi əla əhval-ruhiyyədəyik”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu mayın 17-də keçiriləcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…