Dünya futbolu
Ançelotti uşaqlığının sevimli komandasını açıqladı
İtaliyalı mütəxəssis Karlo Ançelotti uşaq ikən sevdiyi klubun adını açıqlayıb.
“Balaca olanda “İnter”ə azarkeşlik edirdim. İndi də bu komandaya simpatiyam var. Amma heç vaxt o komandanın baş məşqçisi olmaram”, – deyə italyan mütəxəssis bildirib.
Xatırladaq ki, Karlo 2021-ci ildən Madrid “Real”ının baş məşqçisidir. Mütəxəssis “Everton”dan ayrıldıqdan sonra İspaniyaya dönüb. Buna qədər isə o, “Parma”, “Yuventus”, “Milan”, “Çelsi”, PSJ, “Bayern” və “Napoli” komandalarını çalışdırıb.
Hazırda baş məşqçisi olduğu “Real” 45 xalla La liqanın lideridir.