Dünya futbolu
“Anderlext”in hücumçusu Super Liqa klubunda
Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Belçikanın “Anderlext” klubunun hücumçusu İsaak Kise Telini heyətinə qatıb.
Bu barədə Türkiyə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı forvard mövsümün sonuna qədər icarəyə götürülüb.
Konqo əsilli isveçli futbolçu 2017-ci ildən “Anderlext”də çıxış edir. O, daha öncə İsveçdə “Karlslund”, “Norçöpinq”, “Malmö” və “Bordo” klublarının uğurları üçün çalışıb. “Anderlext” ötən illərdə onu “Vasland Beveren”, “Bayer” və “Malmö”yə də icarəyə verib. Telin İsveç yığmasında da 29 oyun keçirib, 3 qola imza atıb.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…