Dünya futbolu
“Anderlext”in idman direktoru: “Bizim klubun transfer siyasəti gizlidir”
“Anderlext” Elvin Cəfərquliyevlə maraqlanmaları ilə bağlı xəbəri təkzib edir. Belçika mətbuatı bu klubun “Qarabağ”ın futbolçusu ilə maraqlandığını yazsa da, brüssellilər belə bir şey olmadığını deyir.
Futbolinfo.az-a açıqlama verən Brüssel təmsilçisinin idman direktoru Jesper Feredberq bunları deyib: “Bizim klubun transfer siyasəti gizlidir. Mediaya inansaq, biz hər gün belə oyunçular axtarırıq. Amma “transfer pəncərəsi”nin açılmasına 4 ay var. Elvinlə maraqlanmırıq”.
Əslində, “Anderlext”in bu xəbəri təsdiqləməsi qəribə olardı. Çünki müqaviləli futbolçunun klubuna təklif göndərmədən bunu açıqlamaq doğru deyil. Üstəlik, sadəcə, izləməklə iş bitmir. Həm də transfer məsələlərində problem yaranmaması üçün adətən klublar istəklərini gizli saxlayır.
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Digər idman növləri2024-04-30 23:44
“Xırdalan” pley-offa qələbə ilə başladı