Ölkə futbolu
“Araz-Naxçıvan”ın zədəliləri komandaya qoşuldu
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda sabah “Qəbələ” ilə qarşılaşacaq “Araz-Naxçıvan” oyunöncəsi son məşqini keçirib.
Futbolinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təxminən 1 saat davam edən məşqdə zədə və səhhətində yaranmış problemlə əlaqədar bir neçə gündür komandadan ayrı düşən futbolçular – İsmail Azzaui və Orxan Əliyev də iştirak edib.
“Araz-Naxçıvan” – “Qəbələ” oyunu yanvarın 31-də, saat 16:00-da “Dalğa Arena”da keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması isə fevralın 9-da Qəbələ şəhər stadionunda baş tutacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd