Dünya futbolu
Argentina millisi rekordunu təkrarladı
Argentina millisi DÇ-2022-nin seçmə mərhələsində Ekvadorla oyunda (1:1) öz rekordunu təkrarlayıb.
Futbolinfo.az xəbər verir ki, Argentina millisi məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırmağı bacarıb.
Yığma komanda bununla tarixinin ən uzunmüddətli məğlubiyyətsizlik seriyası rekordunu təkrarlayıb. Argentinalılar 1991-1993-cü illərdə də eyni seriyanı əldə etmişdi.
Argentina millisi Cənubi Amerika zonasında ikinci yeri tutaraq DÇ-2022-yə vəsiqə qazanıb.