Ölkə futbolu
“Aris” “Qarabağ” qədər aqressiv komanda deyil”
“Aris” “Qarabağ” qədər aqressiv komanda deyil”.
Futbolinfo.az xəbər verir ki, bunu Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcəkləri Kipr “Aris”i ilə 2-ci raundda üstələdikləri “Qarabağ”ı müqayisə edərkən deyib.
Gənc mütəxəssis “Aris”in Azərbaycan çempionundan zəif olması ilə bağlı fikirlərə münasibət bildirib. O, kiprlilərin də özünəməxsus üstünlüklərinin olduğunu söyləyib: “Aris” fərqli komandadır. “Qarabağ” topa sahib olmaqda və aqressivlikdə çox üstündür. Bu baxımdan Azərbaycan təmsilçisi daha yaxşı görünür. Ancaq “Aris” də sürətli əks-hücumlarda və müdafiə xəttində çox yaxşı təşkilatlanıb”.
Xatırladaq ki, “Qarabağ”la “Rakuv” arasında Polşada keçirilən oyunda ev sahibləri 3:2 hesablı qələbə qazanmış, Bakıdakı görüşdə bərabərlik (1:1) qeydə alınmışdı.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq