Dünya futbolu
“Arsenal” tarixinin ən yaxşı startı
Mikel Artetanın “Arsenal”ı tarix yazmaqda davam edir. Dünən London derbisində qazanılan qələbə sayəsində “topçular” zirvədə möhkəmləndi.
Futbolinfo.az xəbər verir ki, səfərdə “Tottenhem”i 2:0 hesabıyla məğlub edən “Arsenal” əsas rəqibinin Mançester derbisində uduzmasından əla faydalandı. “Siti”ylə xal fərqinin 8-ə çatması komandanı xeyli rahatlatdı.
Ümumiyyətlə, “Arsenal” tarixinin ən yaxşı nəticəsinə imza atıb. Artetanın yetirmələri 18 tura 47 xal toplayıb ki, bu da klub rekordudur. “Topçular” hətta məğlubiyyətsiz çempion olduğu mövsümdə bu qədər əla startla yadda qalmamışdı.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq