Dünya futbolu
“Arsenal”da ciddi itki
Bu gecə “Mançester Siti” ilə önəmli matça çıxacaq “Arsenal” ciddi itki ilə üzləşib. Belə ki, Tomas Parti vacib qarşılaşmada meydanda olmayacaq.
Futbolinfo.az xəbər verir ki, çempionluq uğrunda həlledici qarşılaşma kimi qələmə verilən liderlərin görüşü öncəsi Parti kiçik zədə alıb. Həkimlər onun sağlamlığıyla risk etmək istəmədiyindən, iynələr hesabına oynamasını məqsədəuyğun saymayıb.
Bu matçda 29 yaşlı qanalını yeni transfer əvəz edəcək. Qışda “Çelsi”dən alınan Jorjinyonun ilk dəqiqələrdən meydana çıxacağı gözlənilir.