Dünya futbolu
“Arsenal”da uzunmüddətli müqavilə
“Arsenal” klubu yaponiyalı futbolçu Takehiro Tomiyasu ilə müqaviləni uzatdığını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, müdafiəçinin klubla uzunmüddətli müqavilə imzaladığı qeyd edilib.
Takehironun klubla 2028-ci ilin iyun ayının sonuna kimi olan sözləşmə imzalayacağı barədə daha əvvəl məlumat yayılmışdı.
Tomiyasu 2021-ci ildə “Bolonya”dan “Arsenal”a keçib.
Müdafiəçi bu mövsüm bütün yarışlarda 20 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Arsenal” cari mövsüm 28 turdan sonra 64 xalla turnir cədvəlinə başçılıq edir.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı