Digər idman növləri
“Arzuma çatdım” – Rafael Ağayev
“Karate Combat”da çempionluq kəmərinə sahib çıxan Rafael Ağayev ABŞ təmsilçisi Reymond Denielsə qalib gəldiyi döyüşdən sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, 35 yaşlı idmançı kəməri qazanmaq üçün çox çalışdığını bildirib:
“Bir il səkkiz ay əvvəl anam vəfat edib. Bu, həmin vaxtdan sonra əldə etdiyim ilk qızıl medaldır. Mükafatı anama və xalqıma həsr edirəm. Bu titul Azərbaycan xalqınındır. Arzuma çatdım və dünya çempionu oldum”.
Ağayev Denielsin “Karate Combat”da üz-üzə gəldiyi ən güclü döyüşçü olduğunu söyləyib.
Xatırladaq ki, Rafael Ağayev karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. O, 2018-ci ildən “Karate Combat”da mübarizə aparır.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”