Dünya futbolu
“Aston Villa” da Asensionu istəyir
“Real”la hələ də yeni müqavilə imzalamayan Marko Asensio Madridi tərk edə bilər. Baş məşqçi Karlo Ançelottinin qalmasını istədiyi cinah hücumçusu tərəddüd içindədir. O, həm qalmaq istəyir, həm də az oynadığı üçün getmək haqda düşünür.
Futbolinfo.az xəbər verir ki, 27 yaşlı futbolçunun təkliflərinə daha biri əlavə olunub. Və budəfəki təklif daha cəlbedicidir.
“Aston Villa”nın baş məşqşisi Unay Emeri həmyerlisini İngiltərədə görmək istəyir. İspan çalışdırıcı rəhbərlikdən bu keçidin həll edilməsini tələb edir. İngiltərə təmsilçisi yayda futbolçunu heyətə qatmaq üçün vazkeçilməz təklif irəli sürəcək. Artıq ilkin müzakirələrin aparıldığı söylənilir.
Asensionun əsas arzusu 7 ildir forma geydiyi “Real”da qalmaqdır. Bu səbəbdən “Milan”a “yox” deyən futbolçu əsas heyətə düşəcəyi ilə bağlı zəmanət istəyir. Müqaviləsi iki aydan sonra bitəcək Marko hətta “Aston Villa”nın əla təklifini də geri çevirməyə hazırdır.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…