Dünya futbolu
“Atalanta” üç oyunçudan imtina etdi – pul istəyir
“Mançester Yunayted” Rasmus Heylundu transfer etmək üçün ilk cəhdinə hazırlaşır. İngiltərə klubu tezliklə “Atalanta”ya rəsmi təklif göndərəcək.
Futbolinfo.az xxəbər verir ki, berqamolular “qırmızı şeytanlar”ın üç futbolçunu qarşı tərəfə göndərməklə bağlı istəyini müsbət qarşılamayıb. İtaliya klubu danimarkalı üçün 65-70 milyon avro civarında rəsmi təklif gözləyir.
Futbolçunun özü ilə bağlı problem yoxdur. Uşaqlıqdan “Mançester Yunayted” azarkeşi olan Rasmus şəxsi müqaviləsinin detallarını razılaşdırıb. “Atalanta” 2027-ci ilədək müqaviləsi olan 20 yaşlı hücumçunu satmağa razılıq versə, transfer tamamlanacaq.
Xatırladaq ki, Heylund ötən yay Avstriya “Şturm”undan 17,2 milyon avroya transfer edilmişdi.