Dünya futbolu
“Atletiko” Feliksə əvəzedici tapdı
Joao Feliks “Çelsi”yə icarəyə göndərən “Atletiko” yeni hücumçu axtarır. Madridlilər istədiyini elə İspaniyada tapıb.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi “Barselona”nın heyətində oynamaq imkanı qazanmayan Memfis Depayı hədəfə alıb. Yayda klubu azad agent kimi tərk edəcək Niderland millisinin üzvü bu vəziyyətdən narazıdır və elə yanvarda iş yerini dəyişmək istəyir. Çoxsaylı təkliflərə “Atletiko”nun əlavə olunması onun seçim imkanını daha da genişləndirib.
“Atletiko” elə bu həftə “Barselona”ya rəsmi təklif göndərəcək. Madridlilər La Liqanın liderinin Depayı yayda havayı buraxmaq istəmədiyini bildiyindən, elə indi müəyyən məbləğ ödəməklə onu transfer etməyə çalışır. Memfis özü də İspaniyada qalmağa həvəslidir.