Dünya futbolu
“Atletiko”da Luis Suares şoku
Madrid “Atletiko”su ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, İspaniya təmsilçisinin hücumçusu Luis Suares zədələnib.
O, UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turunun “Portu” ilə matçında (3:1) sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Uruqvaylı hücumçunun zədəsinin ciddi olduğu bildirilir. Suaresin bərpa müddəti bilinmir. 34 yaşlı hücumçu gündəlik fizioterapiya seanslarına qoşulacaq.
Suares dekabrın 12-də keçiriləcək “Real” – “Atletiko” matçını buraxacaq.