Dünya futbolu
“Atletiko”dan FİFA-ya etiraz
İspaniyanın “Atletiko” klubu İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən 10 oyunluq diskvalifikasiya olunan Kiran Trippyerin cəzasına etiraz etmək niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Madrid təmsilçisi, 30 yaşlı futbolçuya verilən bu cəzadan ən çox klubun zərər görəcəyini bildirərək, FİFA-ya etiraz edəcək.
“Atletiko” Trippyerin cəzasının İngiltərə yığmasındakı və ya Premyer Liqadakı matçlarına şamil olunmasını istəyir.
İngiltərə Futbol Assosiasiyası Trippyeri “Tottenhem” klubundan Madrid təmsilçisinə keçərkən mərc qaydalarını pozduğu üçün 10 oyunluq diskvalifikasiya edib.
Müdafiəçi “Atletiko”ya 2019-cu ilin yayında transfer olunub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…