Dünya futbolu
“Atletiko”nu “Arsenal”a dəyişir
Madrid “Atletiko”sunun hücumçusu Dieqo Kostanın komandadan ayrılmaq istədiyini xəbər vermişdik.
Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını İngiltərədə davam etdirə bilər.
“Arsenal” Braziliya əsilli ispaniyalı futbolçunun xidmətində maraqlıdır. Məlumata görə, Kosta yaxın günlərdə “Atletiko” rəhbərliyi ilə görüşərək, müqaviləsinə xitam verilməsini xahiş edəcək. Klub onun bu istəyini reallaşdıracağı halda, “Arsenal” futbolçunu transfer etmək üçün hərəkətə keçəcək.
Kostanın “Atletiko” ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Onunla Çin, Türkiyə və Braziliya klubları da yaxından maraqlanır.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?