Ölkə futbolu
Avrokuboklarda ən çox qol vuran 10 komandadan biri – “Qarabağ”
Bu mövsüm avrokuboklarda (UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) ən çox qol vuran komandaların siyahısı açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, ilk “10-luq”da Azərbaycan çempionu “Qarabağ” da var.
Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının təsnifat mərhələlərindəki 8 oyununda 15, Avropa Liqasının qrupunda keçirdiyi 6 görüşdə isə 9 qolla yadda qalıb. Ümumilikdə 14 qarşılaşmada 24 dəfə fərqlənən Qurban Qurbanovun kollektivi siyahının 6-cı pilləsində qərarlaşıb.
Cədvələ 12 oyunda rəqib qapılarına 30 dəfə yol tapan Niderlandın “Alkmaar” komandası başçılıq edir. İsveç klubu “Yurqarden” 27 qolla ikinci, Türkiyə “Başakşəhər”i aktivində 26 topla “ilk üçlüy”ün son sakinidir.
- AZ (Niderland) – 12 oyun / 30 qol
- “Yurqarden” (İsveç) – 12/27
- “Başakşəhər” (Türkiyə) – 12/26
- “Ballkani” (Kosovo) – 12/25
- “Lex” (Polşa) – 12/25
- “Qarabağ” (Azərbaycan) – 14/24
- “Slaviya” (Çexiya) – 12/23
- “Molde” (Norveç) – 12/23
- “Ferentsvaroş” (Macarıstan) – 12/20
- “Bazel” (İsveçrə) – 12/18
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”