Dünya futbolu
Avroliqa: “Roma” qalib gəldi, “Yuventus” son anda xilas oldu
Bu gün Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub.
İtaliyanın “Roma” klubu doğma meydanda Almaniya “Bayer”i ilə üz-üzə gəlib. “Canavarlar” ilk oyundan minimal hesabla qalib ayrılıblar.
İtaliyanın digər təmsilçisi “Yuventus” isə İspaniyanın “Sevilya” komandasını qəbul edib. Turin təmsilçisi məğlubiyyətdən son anda qurtulub.
Yarımfinalın cavab qarşılaşmaları mayın 18-də keçiriləcək.
Avropa Liqası
Yarımfinalın ilk oyunları
11 may
Roma (İtaliya) – Bayer (Almaniya) 1:0
Qol: E.Bove, 63.
Yuventus (İtaliya) – Sevilya (İspaniya) 1:1
Qol: Qatti, 90+7 – En Nesiri, 26.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”