Digər idman növləri
Avroliqada 21-ci tura yekun vuruldu
“Anadolu Efes” komandası nəhayət ki, qalib gəlib. İstanbul klubu evdə keçirdiyi oyunda “Virtus Bolonya”nı məğlubiyyətə uğradıb – 99:75.
Son vaxtlar yaxşı oyun göstərməsinə baxmayaraq heç cür qələbə qazana bilməyən Türkiyə təmsilçisi çempionatın liderlərindən birinə qalib gəlməklə pley-in zonasına düşməyə namizəd olduğunu bir daha nümayiş etdirib.
“Barselona” evdə “Jalgiris”i məğlub edib. Katalonlar “Virtus”un uğursuzluğundan sonra 2-ci yerini möhkəmləndiriblər.
Autsayderlərin qarşılaşmasında “Alba” qələbə qazanıb. “Villerban” ardıcıl 2 qələbədən sonra azarkeşlərini məyus edib – 63:88. “Baskoniya” evində “Olimpiakos”dan , “Partizan” isə “Makkabi”dən üstün olub.
Bu nəticələrdən sonra pley-in zonasında vəziyyət xeyli gərginləşib. 4 komanda – “Baskoniya”, “Olimpiakos”, “Partizan” və “Monako”nun 11 qələbəsi var.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu