Dünya futbolu
Avroliqa: “Roma” və “Sevilya” finalda
Bu gün Avropa Liqasının yarımfinal mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.
“Roma” doğma meydanda məğlub etdiyi “Bayer”lə bu dəfə səfərdə üz-üzə gəlib. Cavab qarşılaşması qolsuz yekunlaşdığından “canavarlar” finala yüksəliblər.
İtaliyanın digər təmsilçisi “Yuventus” da İspaniyanın “Sevilya” komandasının qonağı olub. Bu komandaların ilk oyununda qalib müəyyənləşməmişdi. Cavab görüşünün də əsas vaxtı eyni hesabla yekunlaşıb. Lakin əlavə vaxtda daha bir qol vuran “Sevilya” ikinci finalçı olub.
Final oyunu mayın 31-də, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.
Avropa Liqası
Yarımfinalın cavab oyunları
18 may
Bayer (Almaniya) – Roma (İtaliya) 0:0
İlk oyun – 0:1
Sevilya (İspaniya) – Yuventus (İtaliya) 2:1
Qol: Suso, 71. Lamela, 95 – Vlahoviç, 65.
İlk oyun – 1:1
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub