Dünya futbolu
“Ayaks”da koronavirus şoku – 11 futbolçu ÇL matçına aparılmadı
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Danimarka “Midtyulland”ı ilə qarşılaşacaq Niderlandın “Ayaks” klubunun kollektivi bu oyundan öncə koronavirus testindən keçib.
Futbolinfo.az xəbər verir ki, testlər nəticəsində sözügedən komandanın 11 futbolçusunda koronavirus aşkarlanıb.
Məhz bu üzdən “Ayaks” Danimarkada baş tutacaq səfər oyununa 17 futbolçu ilə yollanıb. Andre Onana, Marten Stekelenburq, Davi Klassen, Rayan Qravenberx və Duşan Tadiç kimi önəmli oyunçular səfərə aparılmayıb.
Qeyd edək ki, noyabrın 3-də keçiriləcək “Midtyulland” – “Ayaks” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var