Ölkə futbolu
Ayaz Quliyev Azərbaycana yayda gələcək
Ayaz Quliyevin Azərbaycan Premyer Liqasında oynaması realdır. Lakin güman ki, bu keçid yalnız yayda mümkün olacaq.
Futbolinfo.az xəbər verir ki, son olaraq Azərbaycan yığmasını seçmək istəməsiylə bağlı verdiyi açıqlama ilə gündəmə gələn yarımmüdafiəçi, iki klubumuzdan təklif alıb. “Neftçi”yə keçidi hələlik alınmayan futbolçuya daha real müştəri “Sabah”dır. Ayaz millimizi seçdikdən sonra legioner sayılmayacaq və bu da klublarımızın işinə yarayır. “Sabah” “Neftçi” ilə anlaşa bilməyən oyunçunu yayda heyətinə qatmaq niyyətindədir.
Doğrudur, rəsmiləşən bir şey yoxdur və tərəflər hətta danışıqlar aparılmasını təkzib edir. Bu da futbolçunun “Ximki” ilə ilyarımlıq müqaviləsinin qalması ilə bağlıdır. Yarımmüdafiəçi Rusiya klubundan ayrılmağa çalışır və bunu cari mövsümün sonunda etmək ehtimalı var.
26 yaşlı “Spartak” yetirməsi Rusiyada 5 klub dəyişib, bir neçə dəfə icarədə olub. O, heç bir komandada bir mövsümdən artıq qalmayıb. Bunları nəzərə alsaq, ötən yay “Ximki”yə yollanan Quliyevin buradan da erkən ayrılacağını deyə bilərik.
Yayda “Neftçi”nin futbolçu ilə danışıqları bərpa etməsi mümkündür. “Ağ-qaralar” yalnız indi üçün kənara çəkilib və “Sabah” əsas müştəri kimi görünür.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”