Ölkə futbolu
Ayaz Quliyev rəsmən “Sabah”da
Ayaz Quliyevin “Sabah”a keçidi rəsmiləşib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Azərbaycan əsilli futbolçu Rusiyanın “Ximki” klubundan transfer edilib. Quliyevlə 3 illik müqavilə bağlanıb. O, “Sabah”da 8 nömrəli formada çıxış edəcək.
“Spartak” (Moskva, Rusiya) klubunun yetirməsi olan Ayaz, karyerası ərzində bu klubun əvəzedici və əsas komandasında (2013-2017, 2018-2020), həmçinin Rusiyanın “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22) və “Ximki” (2022-2023) klublarında çıxış edib.
Futbolçu Rusiyanın aşağı yaş qruplarından ibarət milli komandalarının üzvü olub.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi